“Var bir xanım” – Gücün, zərifliyin və humanistliyin rəmzi Mehriban xanım Əliyevaya Əməkdar Artist Zaur Əmiraslanovdan və kinorejissor Faiq Nağıyevdən ithaf
Əməkdar artist Zaur Əmiraslanov Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum gününə xüsusi hədiyyə olaraq yeni bədii kompozisiya hazırlayıb.
“Var bir xanım” adlanan bu nümunə sənətkarın yaradıcılığında mühüm yer tutur. Əsərdə Mehriban Əliyevanın zəngin mənəvi aləmi, humanist dəyərlərə sadiqliyi, milli-mədəni irsimizə göstərdiyi diqqət və qayğı yüksək bədii ifadələrlə təqdim olunub.
Kompozisiya həm də Azərbaycan qadınının fədakarlığını, zərifliyini və gücünü özündə əks etdirən simvolik məna daşıyır.
Sənətçi əsərlə bağlı fikirlərini ilk olaraq bizimlə bölüşdü.
Dövlətimi,vətənimi sevirəm. Dövlət başçıma və onun ailəsinə böyük hörmətim var. Yaradıcılığımda bu birinci mahnı deyil artıq ikinci mahnıdır dəyərli Mehriban xanım haqqında. İlk əsərimizi mərhum bəstəkarımız Nailə Mirməmmədli ilə ərsəyə gətirmişdik. Bu əsərimizin sözləri Günər xanıma,musiqisi isə Fərid Kərimliyə məxsusdur.
Qarşıma məqsəd qoymuşam ki, hər il Mehriban xanımın doğum günü münasibətilə yeni bir mahnı təqdim edim. Çünki Mehriban Əliyeva sadəcə bir qadın deyil, o, gücün, humanistliyin, mərhəmətin və fərqliliyin rəmzidir. Onun Azərbaycan üçün gördüyü işlər, xalqımıza bəxş etdiyi saysız-hesabsız töhfələr hər zaman sənətkarların ilham mənbəyi olmuşdur.
Allah dövlətimizi qorusun. Allah dövlətimizin yanında olan qardaş dövlətləri qorusun.
Mən 26 avqustda dünyaya gəlmişəm, ana soyadım Paşayevadır və qaynanamın adı da Mehribandır. Bu mənəvi əlaqə və tarix mənə Mehriban Əliyeva ilə həm ruhən, həm də simvolik olaraq incə bir bağ yaradır.
Akademik Musiqili Teatrın aktrisası,solisti Nərmin Əliyeva çox sağ olsun məni dəyərli kinorejissor Faiq Nağıyevlə tanış etdi. Özü də dəstək oldu. O gözəl xanımdır,həmçinin gözəl ifaçıdır. Aktirsa olaraq pianoçu rolunu canlandırdı. Nərminə xanım klipə gözəllik qatdı.
Həmçinin kinorejissor Faiq Nağıyevə öz təşəkkürümü bildirirəm. Təmmənasız olaraq bu layihənin ərsəyə gəlməyində mənə dəstək oldu.
Tanınmış kinorejissor Faiq Nağıyev möhtəşəm əsərlə bağlı öz təəssüratlarını bildirdi.
Dəyərli sənətkarımız, dostumuz Zaur Əmiraslanovun ifasında, eyni zamanda Akademik Musiqili Teatrın Aktrisası Nərmin Əliyevanın piano müşayiəti ilə, mən, Faiq Nağıyev kinorejissor və FS Film Kompaniyasının direktoru olaraq, Azərbaycanın sevimlisi, dəyərlisi və xalqımızın əzizi Mehriban xanım Əliyevanın doğum gününə həsr olunmuş bədii musiqili kompozisiyanı təqdim edirik.
Bu xüsusi kompozisiya həm maraqlı, həm də gözəl keçmiş klip havasında hazırlanmışdır və Mehriban xanımın gücünü, humanistliyini və xalqımıza verdiyi dəyərləri bədii şəkildə əks etdirir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası,solisti Nərmin Əliyeva bildirib ki, layihədə iştirak etmək onun üçün böyük şərəf və qürur mənbəyidir:
“Əziz Mehriban xanım Əliyeva, sizi ürəkdən təbrik edirəm! Yaxşı ki, varsınız. Biz sizinlə fəxr edir və qürur duyuruq. Siz bizim qayğıkeş, mərhəmətli, əzəmətli və gülərüz xanımızsınız.”
Layihə illərdir birgə çalışdığı və bir çox bədii film, seriallara imza atmış kinorejissor Faiq Nağıyev və sənətinə, səsinə və ürəyinə valeh olduğum Zaur Əmiraslanov ilə birgə hazırlanıb. O,bildirib ki,uzun zamandır belə gözəl layihə haqqında komanda üzvləri ilə birgə düşünülürdü.
Nərmin Əliyeva qeyd edib ki, Zaur Əmiraslanovun təqdim etdiyi gözəl mahnı layihəyə xüsusi rəng qatıb və bütün iştirakçılar böyük sevgi ilə bu layihəni həyata keçiriblər.
“Bu layihədə zəhməti keçən bütün sənət yoldaşlarıma dərin təşəkkürümü bildirirəm. Onların əməyinin sayəsində bu kompozisiya Mehriban xanımın gücünü, humanistliyini və xalqımıza verdiyi töhfələri ən incə şəkildə əks etdirir,” – deyə Nərmin Əliyeva əlavə edib.